Tokayevin prezidentliyə namizədliyi irəli sürülsün - Nazarbayevdən təklif

23 Aprel 2019 10:11 (UTC+04:00)

Qazaxıstanın ilk Prezidenti, Nur Otan Partiyasının sədri Nursultan Nazarbayev iyunun 9-da keçiriləcək prezident seçkilərində hakim partiyadan Kasım-Jomart Tokayevin namizədliyinin irəli sürülməsini təklif edib.

N.Nazarbayev partiyanın XIX növbədənkənar qurultayında K.Tokayevi çoxdan tanıdığını, onunla uzun illərdir birgə işlədiyini bildirib: "Hesab edirəm ki, o, ən layiqli namizəddir".

Qeyd edək ki, ölkəyə 30 ilə yaxın müddətdə rəhbərlik edən N.Nazarbayev martın 20-də istefa verib. Bundan əvvəl Senatın sədri olan K.Tokayevin prezident səlahiyyətləri 2020-ci ildə başa çatır. K.Tokayev növbədənkənar prezident seçkilərinin iyunun 9-da keçiriləcəyini bəyan edib.(trend.az)

AzNews.az