Kim Çen Inın bacısı Vladivostoka gedib - KİV

23 Aprel 2019 10:38 (UTC+04:00)

KXDR lideri Kim Çen Inın bacısı Kim Yo Çjon Vladivostoka gedib.

Bu barədə "The Chosun İlbo" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Şimali Koreya liderinin bacısı K.Y.Çjon dövlət başçısı Kim Çen In və Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşün hazırlıqları ilə məşğul olacaq.(report.az)

AzNews.az