Tokayev prezident seçkilərində mübarizə aparacaq

23 Aprel 2019 11:43 (UTC+04:00)

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev 9 iyun seçkilərində mübarizə aparacaq.

Bu barədə Tokayevin özü bəyan edib.

“Mən seçkilərə gedəcəm. Dövlətimizin qurucusu olan böyük şəxsiyyətin mənə əmanət etdiyi yükü bütün ürəyimlə hiss edirəm. And içirəm ki, bu inamı itirməmək üçün əlimdən gələn hər şeyi edəcəm”.

O, hakim partiya “Nur Otan”ın nümayəndəsi olaraq prezident seçkilərində yarışacaq.

Qeyd edək ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bu gün “Nur Otan” partiyasının XIX növbədənkənar qurultayında Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyini irəli sürməyi təklif edib.(qafqazinfo.az)

AzNews.az