"Qaza tətbiq edilən limit 2 dəfə artırılsın" - Deputat

23 Aprel 2019 12:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa qaza tətbiq edilən limitin (1 700 kub) iki dəfə artırılmasını təklif edib:

“Həyət evində yaşayan, ödəniş imkanları zəif olan insanlar limitdən çox əziyyət çəkirlər, böyük problemlər yaşayırlar. İstixanalar, dönərxanalar və s. obyektlər, xidmət sahələri pul əldə edə bilirlər. Amma yoxsul əhali üçün bu, böyük problemdir. Təklif edirəm ki, limit iki dəfə artırılsın. Ən azı 3 000 kub səviyyəsinə çatdırılmalıdır”.

Elgün
AzNews.az