Yeni təhsil naziri Mikayıl Cabbarov barədə hər gün yeni detallar məlum olur.
Musavat.com-un əldə etdiyi yeni məlumat isə yeni nazirin müxtəlif intellektual oyunlar üzrə dünya çempionu olmasıdır. 1996-1997-ci illərdə Azərbaycan Gənclər Təşkilatları Forumunun sədr müavini seçililən Mikayıl Cabbarov "Nə? Harada? Nə vaxt?" və "Brey Rinq" oyunlarının fəal üzvü olub. 1994-1997-ci illərdə "Atəşgah" Bakı Bilicilər Klubunun prezidenti olub.
Müxtəlif illərdə MDB və dünya çempionu adını qazanıb. 1997-ci ildə Rusiyanın 1-ci kanalında yayımlanan "Nə? Harada? Nə vaxt?" oyununda Azərbaycandan olan ilk bilici olub.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.