Qalmaqallı aktrisadan xəbər var

23 Aprel 2019 12:56 (UTC+04:00)

Məşhur türk aktrisası Dəniz Çakırın bir kafedə hicablı qadınları təhqir etməsi ilə əlaqədar başlanılan istintaq yekunlaşıb.

İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Çakıra 1 il həbs cəzası tələb edilib.

Aktrisa kafedə olan hicablı qadınlara “Bura sizin yeriniz deyil, Ərəbistana gedin”, deyərək təhqir etdiyi iddia olunub.

Türkiyə KİV Dəniz Çakırın Prezident Rəcəb Tayyib Ərdoğana müxalif olduğunu da bildirib.(teleqraf.com)

AzNews.az