İtkin düşən əsgərin meyiti tapıldı

23 Aprel 2019 13:58 (UTC+04:00)

Mart ayında itkin düşən iki hərbi qulluqçudan birinin meyiti tapılıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, mart ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusu Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşüb.

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan əsgər Fərrux Fərman oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

AzNews.az