Turun ən yaxşısı “Qarabağ”lıdır

23 Aprel 2019 13:48 (UTC+04:00)

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının XXV turunun ən yaxşı futbolçusu məlum olub.

Bu, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdi.

Fransız oyunçu “Keşlə”yə qarşı görüşdə 75 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb.

Araşdırmalara əsasən Abdullah Zubir turun ən yaxşı indeksə malik futbolçusudur.

Qeyd edək ki, "Qarabağ" "Keşlə"ni 3:0 hesabı ilə məğlub edib.(qafqazinfo.az)

AzNews.az