Zelenskinin qələbəsindən sonra üçüncü istefa...

23 Aprel 2019 14:20 (UTC+04:00)

Ukraynanın Zakarpat vilayətinin administrasiya rəhbəri Qennadi Moskal istefa verib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, o, aprelin 21-də keçirilən prezident seçkilərində uduzmuş Petro Poroşenkoya istefa ərizəsi yazaraq onu istəyinə əsasən vəzifədən azad etməyi xahiş edib.

Qeyd edək ki, bu, Vladimir Zelenskinin qələbəsindən sonra üçüncü istefadır. Belə ki, ötən gün Lvov şəhər administrasiyasının rəhbəri Oleq Sinyutka və Nikolaev rayon administrasiyasının sədri Aleksey Savçenko da istefaya gedib.(qafqazinfo.az)

AzNews.az