Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da sahibkarlara 5 909,8 min manat kredit verilib.
Naxçıvanın Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 532,9 min manat və yaxud 20,6% azdır.
Kreditlərin 2,53 mln. manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf edilib ki, illik müqayisədə 3 038,3 min manat və yaxud 54,55% azdır.
Rüb ərzində fərdi sahibkarlığın inkişafına isə 3 379,8 min sərf olunub ki, bu da 1 il əvvələ nisbətən 1 503,4 min manat və yaxud 80,1% çoxdur.
Qeyd edək ki, yanvar-mart aylarında Naxçıvanda 10 hüquqi və 1 334 fiziki şəxs dövlət qeydiyyatına alınıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 dəfə və 2,5 dəfə çoxdur.(report.az)
AzNews.az