İranda daha bir nəfər edam edildi

23 Aprel 2019 14:45 (UTC+04:00)

İranda cinsi təcavüzdə ittiham olunaraq, ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

Məhkum 5 gün əvvəl edam edilsə də, bu barədə məlumat yeni yayılıb.

Məlumata görə, adı mediaya açıqlanmayan məhkum aprelin 18-də Güney Azərbaycanın Ərdəbil şəhərində yerləşən həbsxanalardan birində dara çəkilib.

Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat yoxdur.(teleqraf.com)

AzNews.az