Motosikletçi 15 metrlik qayadan yıxıldı, sağ qaldı - VİDEO + FOTOLAR

23 Aprel 2019 15:12 (UTC+04:00)

Böyük Britaniyadan olan 25 yaşlı motosikletçi Edrian Ouen idarəetməni itirərək, 15 metr hündürlükdə olan qayadan yıxılıb.

O, insidenti öz kamerası ilə çəkib və “Facebook” səhifəsində paylaşıb. Ekstrim həvəskarı yıxılaraq biləyini, dizini və çənəsini sındırıb.

“Bəxtim gətirdi ki, sağ qaldım. Xilasedicilərə, tibbi aviasiya komandasına, tibbi personala və mənə düşdüyüm situasiyada kömək edən hər kəsə minnətdaram”, - deyə Ouen yazır.

Həvəskar idmançı xəstəxanaya helikopterlə təxliyyə olunub.(oxu.az)

AzNews.az