“Dağlıq Qarabağ ətrafındakı mövcud status-kvo qəbuledilməzdir” - Almaniya səfiri

23 Aprel 2019 15:43 (UTC+04:00)

"Dağlıq Qarabağ ətrafındakı mövcud status-kvo qəbuledilməzdir".

Bunu mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların gedişinə münasibət bildirən Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab bildirib.

“Biz məsələnin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu tərəfindən göstərilən səyləri, həmçinin Anjey Kaspşikin fəaliyyətini dəstəkləyirik. Danışıqları maraqla izləyirik. Dövlət başçıları arasındakı danışıqların davam etməsinə və səmərə verəcəyinə ümidvarıq”, - almaniyalı diplomat qeyd edib.(report.az)

AzNews.az