MTRŞ Real TV-yə yerüstü yayım üçün lisenziya verdi

23 Aprel 2019 16:01 (UTC+04:00)

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan etdiyi müsabiqənin nəticəsi açıqlanıb.

Nəticələrə əsasən, müsabiqənin qalibi hazırda fəaliyyətdə olan -“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV) olub.

Beləliklə, MTRŞ Real TV-yə yerüstü yayım üçün lisenziya verib.(report.az)

AzNews.az