Süni mayalanma ilə doğulan ilk əkizlərin 14 yaşı olur

23 Aprel 2019 16:48 (UTC+04:00)

Azərbaycanda ilk dəfə süni mayalanma ilə uşaqların dünyaya gəlməsindən 14 il ötür.

Bu barədə məlumatı Azər Türk Med Klinikasının baş həkimi Ersadik Turan paylaşıb.

O bildirib ki, bu, Azərbaycanın tibb tarixində önəmli bir yer tutur:

“Süni mayalanma ilə doğulan bir qız və bir oğlan artıq 14 yaşını qeyd edir. Onları təbrik edir, sağlam ömür və gözəl günlər arzu edirik”.(qafqazinfo.az)

AzNews.az