Yeniyetmə qız özünü körpüdən atdı

23 Aprel 2019 16:51 (UTC+04:00)

Qubada yeniyetmə qız özünü körpüdən ataraq intihar etmək istəyib.

Rayonun Möhüc kənd sakini 2004-cü il təvəllüdlü F.M özünü Quba şəhərində yerləşən Qudyalçayın üzərindəki körpüdən atıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaxınlıqda olan şəxslər onu Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin səyi nəticəsində qız sağ qalıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az