CAR-da torpaq sürüşməsi - Ölənlər var

23 Aprel 2019 16:58 (UTC+04:00)

Cənubi Afrika Respublikasının şərqindəki Kvazulu-Natal əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 5 nəfər həlak olub.

Ölənlərdən ikisi uşaq olub.

Hadisə nəticəsində bir neçə ev tamamilə dağılıb.

Sürüşmə zonasında axtarış işləri aparılır.

Bölgədə yaşayan sakinlərə ehtiyatlı olmaq çağırışı edilib.(trend.az)

AzNews.az