19 yaşlı ana canına qıydı

23 Aprel 2019 17:05 (UTC+04:00)

Ötən gün axşam saatlarında rayon sakini 19 yaşlı Cəmilə İsgəndərova ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin yardımına baxmayaraq gənc ananın həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, qadın sirkə turşusu içib.

Ölümün dəqiq səbəbi araşdırmalardan sonra bəlli olacaq.(qafqazinfo.az)

AzNews.az