Səudiyyə Ərəbistanında 37 nəfər edam olundu

23 Aprel 2019 17:45 (UTC+04:00)

Səudiyyə Ərəbistanında 37 nəfər “terror fəaliyyətində” təqsirli bilinərək edam olunub.

Bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Açıqlama Krallığın kütləvi informasiya vasitələrində yayımlanıb.

Bildirilib ki, edam edilənlərin hamısı Səudiyyə Ərəbistanı təbəəsi olub.(report.az)

AzNews.az