Fransanın keçmiş baş naziri həbs edilə bilər

23 Aprel 2019 20:19 (UTC+04:00)

Fransanın sabiq baş naziri Fransua Fiyon və həyat yoldaşı Penelopa Klark hakim qarşısına çıxacaqlar.

Onlar ictimai təşkilatların gəlirlərini mənimsəməkdə ittiham edilirlər.

Bu barədə qalmaqal Fiyon 2017-ci ildə prezidentliyə namizədliyini irəli sürərkən ortaya çıxmışdı.

Hazırda cinayət işi məhkəməyə göndərilib. Baş nazir və həyat yoldaşının günahı sübuta yetirilərsə, onları 10 ilədək həbs və 1 milyon avro cərimə gözləyir. (qafqazinfo)

AzNews.az