ABŞ İranı Hörmüz boğazında gəmiçiliyi təmin etməyə çağırdı

23 Aprel 2019 21:36 (UTC+04:00)

ABŞ Hörmüz və Babül-Məndəb boğazlarında gəmiçiliyi təmin etməkdə qətiyyətli olduğunu bəyan edib.

Bu haqda Reuters agentliyinə ABŞ Dövlət departamentindən bildiriblər.

Vaşinqton Tehranı enerjidaşıyıcıların nəqli azadlığına hörmətlə yanaşmağa çağırıb.

Öncə İslam İnqilabi Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Əlirza Tənqsiri bəyanatla çıxış edib.

Onun sözlərinə görə, İran neftinin ixracına qadağa qoyulduğu təqdirdə ölkənin hərbi qüvvələri Hörmüz boğazını bağlayacaqlar. (ona.az)

AzNews.az