Millimizin qapıçısı evləndi - FOTO

23 Aprel 2019 22:39 (UTC+04:00)

Azərbaycan Futzal Millisinin qapıçısı Rövşən Hüseynli ailə qurub.

Məclis şəhər restoranlarının birində baş tutub. Rövşənin ailə qurduğu xanımın kimliyi gizli saxlanılıb. O, gəlinsiz kişi məclisi edib. Toyda idmançılar və ailə üzvləri iştirak edib. R.Hüseynli məclisə qatılan hər kəsə təşəkkürünü bildirib:

“Həyatımın ən xoş günündə yanımda olan dəyərli dostlar və qardaşlar! Hər birinizə təşəkkür edirəm”. (qafqazinfo)

AzNews.az