Bakıda piyadanı maşın vurdu

23 Aprel 2019 22:53 (UTC+04:00)

Bakının Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Fəxriyyə Əliyeva idarə etdiyi "Mercedes" markalı avtomobil ilə Füzuli küçəsində hərəkətdə olan zaman qarşısına çıxan 1988-ci il təvəllüdlü Dərgahov Nurlanı vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona baldırında yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub.

Daha əvvəl Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. (report)

AzNews.az