Məşhur aktrisa 102 yaşında öldü

23 Aprel 2019 23:46 (UTC+04:00)

ABŞ-ın məşhur aktrisası Fey Makkenzi dünyasını dəyişib.

Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Məlumata görə, aktrisa 16 apreldə Los-Ancelesdəki evində yuxuda olarkən keçinib. Lakin, onun ölüm xəbəri 1 həftə sonra yayılıb.

Qeyd edək ki, Makkenzi karyerası ərzində 51 filmə çəkilib. (qafqazinfo)

AzNews.az