Rusiyada olmağıma görə şadam - Kim Çen In

24 Aprel 2019 08:40 (UTC+04:00)

Rusiyaya səfərim son deyil, yalnız ilk addımdır.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen In bu gün səhər Rusiyanın Xasan stansiyasına qatarla çatandan sonra deyib.

Onun Rusiyaya gəlişi haqda informasiya Primorsk diyar administrasiyasının saytında yerləşdirilib.

Rəsmi qonağı qarşılayan Rusiyanın Uzaq Şərq və Arktikanın inkişafı üzrə naziri Aleksandr Kozlov bildirib ki, bu səfər onun ürəyində ən isti xatirə kimi qalacaq.

Kim Çen Inı Kozlovla yanaşı Primorsk diyarının qubernatoru Oleq Kojemyako, Rusiyanın Şimali Koreya Demokratik Respublikasındakı səfiri Aleksandr Maçeqora, Şimali Koreyanın Primorskdakı baş konsulu Ço Sok Çxol qarşılayıb.

Kim Çen In Xasan qəsəbəsində "Kim İr Sen"in evi kimi tanınan Rusiya-Şimali Koreya dostluq evini ziyarət edib.

Şimali Koreya lideri bundan sonra qatarla Ussuriyskə, ordan isə Vladivostok şəhərinə yollanacaq.

Aprelin 25-də onun Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir.

Babək Göyüş

AzNews.az