Sabirabada işləmək adı ilə gedən gənc itkin düşdü

24 Aprel 2019 09:12 (UTC+04:00)

Bakıdan Sabirabada gedən şəxs itkin düşüb.

1990-cı il təvəllüdlü Manafov Gündüz Elxan oğlu martın 10-da yaşadığı Xətai rayonu, M.Rüstəmov küçəsi 4/6 ünvanından çıxıb Sabirabad rayonuna işləməyə getdiyini deyib. Lakin həmin vaxtdan etibarən G.Manafovdan xəbər yoxdur.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az