Namiq Qaraçuxurlu həmkarının iç üzünü açdı - “Yaşlı meyxanaçıya pul...”

24 Aprel 2019 10:31 (UTC+04:00)

“Meyxana əsl kişi sənətidir, amma meyxanada olan qırğınlar şou-biznesdə olmur”.

AzNews.az xəbər verir ki, bu sözləri Namiq Qaraçuxurlu 5/5 verilişində deyib:

“Konsertlərim olanda mane olurdular. “Şəfa” stadionunda konsertim olan zaman iki dəfə təxirə saldılar. Gəlib siqaret çəkəcəklər, otu yandıracaqlar və s. kimi səbəb gətirirdilər. Sonra bilindi ki, bunu kim edib. Yaşlı meyxanaçılardan biri konsertə bir gün qalmış deyəndə ki, gələ bilmirəm. Dedim ki, nə qədər pul istəyirsən? O meyxanaçıya ona görə pul verdim ki, elanda onun da adı yazılmışdı. Bu, mənim ağsaqqallara sonuncu hörmətim olub. Sadəcə gözü götürməyəndə bəhanəyə başlayırlar”.

Rəqsanə

AzNews.az