Moskvada Beynəlxalq Təhlükəsizlik Konfransı işə başladı

24 Aprel 2019 10:57 (UTC+04:00)

Rusiya paytaxtında 8-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı işə başlayıb.

Tədbir zamanı dünyanın 111 ölkəsindən olan mindən çox nümayəndə qlobal və regional təhlükəsizlik məsələlərini, eləcə də Venesuela, Suriya və Liviyadakı vəziyyəti müzakirə edəcək.

Konfransın açılış mərasimində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iştirak edir.

O, Rusiya Prezidentinin forum iştirakçılarına məktubunu oxuyub.

Açılışda həmçinin Rusiyanın Müdafiə naziri Sergey Şoyqu, Xarici İşlər naziri Sergey Lavrov da çıxış edəcək.(report.az)

AzNews.az