Göyçay və ətraf rayonların əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım

24 Aprel 2019 11:40 (UTC+04:00)

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.

Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 27 aprel 2019-cu il tarixdə Bakı şəhəri 19 saylı Vəkil Bürosu tərəfindən Göyçay rayonunda yerləşən Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında saat 10:00-13:00-da ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.(barassociation.az)

AzNews.az