Zelenskinin şoumen kimi sonuncu çıxışının tarixi bəlli oldu

24 Aprel 2019 11:55 (UTC+04:00)

Ukraynada 21 aprel prezident seçkilərində qalib gələn Vladimir Zelenskinin sonuncu şousunu təqdim edəcəyi tarix açıqlanıb.

O, mayın 25-də Kiyevdə yerləşən Oktyabr Sarayında tamaşaçılar qarşısına çıxacaq.

Şoumen məşhur “Gülüş liqası” televiziya yumoristik şousunda iştirak edəcək.

Qeyd edək ki, V. Zelenski 73 faiz səslə Ukrayna prezidenti seçilib.(qafqazinfo.az)

AzNews.az