Türkiyədə əyləncə mərkəzində atışma - Ölənlər var

24 Aprel 2019 12:11 (UTC+04:00)

Türkiyənin Niğde şəhərində əyləncə mərkəzlərinin birində atışma baş verib.

Hadisə nəticəsində 2 nəfər həlak olub.

Daha 4 nəfərin yaralandığı deyilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır qiymətləndirilir.

Həlak olan və yaralıların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az