Çin yaxın 10 ildə Aya insan göndərməyi planlaşdırır

24 Aprel 2019 12:15 (UTC+04:00)

Çin yaxın 10 il ərzində Aya insan göndərməyi və orada tədqiqat stansiyası tikməyi planlaşdırır.

Bu barədə Çinin Milli Kosmik İdarəsi xəbər yayıb.

Qeyd olunub ki, “Çanye-5” missiyası Aya eniş edərək oradan torpaq nümunələrini Yerə gətirəcək.

Bu missiya 2019-cu ilin sonuna nəzərdə tutulub.

Tədqiqat stansiyasının növbəti illərdə Ayın cənub yarımkürəsində inşa olunması planlaşdırılır.(trend.az)

AzNews.az