Ana və üç yaşlı oğlunu maşın vurdu

24 Aprel 2019 13:48 (UTC+04:00)

Hacıqabulda ana və oğlunu maşın vurub.

Hadisə rayonun Meyniman kəndində qeydə alınıb. "QAZ-3110" markalı avtomobil yolu keçən, 1986-cı il təvəllüdlü Esmira Əbil qızı Qurbanovanı və onun 3 yaşlı oğlu Əbil Xalid oğlu Qurbanovu vurub.

Nəticədə ana ölüb, uşaq isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(ona.az)

AzNews.az