“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi

24 Aprel 2019 13:57 (UTC+04:00)

Çinin Ali Xalq Prokurorluğu “İnterpol”un keçmiş rəhbəri Men Hunveyin həbsi barədə qərar qəbul edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, o, korrupsiya faktında ittiham edilir.

Məlumata görə, Hunveyə qarşı açılan cinayət işi ilə bağlı Çin Dövlət Nəzarət heyəti tərəfindən aparılan istintaq tamamlanandan sonra prokurorluq orqanlarına göndərilib.

Prokuror sənədlərin təqdimatından sonra onun həbsinə qərar verib.(qafqazinfo.az)

AzNews.az