“Azərpoçt” 7 milyon manata yaxın kompensasiya ödəyib

24 Aprel 2019 14:03 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC son 2 gündə (aprelin 22-23-də) bank olmayan kredit təşkilatlarının və ləğv prosesində olan bankların dollar kreditləri üzrə 240 12 müştərisinə 6 580 842 manat kompensasiya ödəyib.

Bu barədə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova məlumat verib.

Onun sözlərinə görə, bunlar alacağı məbləğ 500 manatdan az olan müştərilərdir. Onlara ödəniş 1 497 poçt şöbəsində həyata keçirilib.

“Mayın 1-dən sonra kompensasiya məbləği 500 manatdan çox olan müştərilərə xidmət göstəriləcək. Onlar ödənişlərini qeyri-nağd formada (kartla) 77 poçt şöbəsində ala biləcəklər”, - deyə “Azərpoçt” rəsmisi qeyd edib.(report.az)

AzNews.az