Nazirlik kimsəsiz qadına sahib çıxdı

24 Aprel 2019 15:13 (UTC+04:00)

Gəncədən gələn və Bakıda baxımsız vəziyyətdə küçədə qalan qadına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahib çıxıb.

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, aprelin 3-də baxımsız şəraitdə aşkarlanan Mətanət Hüseyn qızı Əkbərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan müəssisələrdən birinə yerləşdirilib:

“Bu məsələdə əməyi keçən hər kəsə dərin təşəkkürlərimizi bildiririk. Hazırda Kəpəz rayon Polis Şöbəsi tərəfindən Mətanətlə bağlı təhqiqat davam etdirilir”.

Qeyd edək ki, Mətanət Əkbərova aprelin 3-də Bakıda baxımsız vəziyyətdə tapılıb. O, hüquq-mühafizə orqanlarının iştirakı ilə Azərbaycan Uşaqlar Birliyinə yerləşdirilib.

Bahar RÜSTƏMLİ

AzNews.az