BP Azərbaycana 70 milyard dollar investisiya yatırıb

24 Aprel 2019 15:47 (UTC+04:00)

“Amma bu resursların ən səmərəli idarə olunduğu ölkə də Azərbaycandır”.

Bunu “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Bundan başqa, onun sözlərinə görə, təmsil etdiyi şirkət son 27 ildə Azərbaycana 70 mlrd. ABŞ dollardan artıq investisiya yatırıb.

“Bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 3,5 mlrd. barel neft hasil olub, 44 mlrd. kubmetrdən artıq səmt qazı hasil edilərək dövlətə təmənnasız təhvil verılıb. “Şahdəniz” yatağından isə ümumi qaz hasilatının həcmi 100 mlrd. kubmetrdir", - deyə B.Aslanbəyli qeyd edib.(report.az)

AzNews.az