Bu penaltiyə görə klubdan qovuldu - VİDEO

24 Aprel 2019 16:34 (UTC+04:00)

Paraqvayın “Kampo Qrande” klubu oyun zamanı penaltini dəqiqə yerinə yetirə bilməyən futbolçusu Brendiks Parra ilə yolları ayırıb.

Parra Cənubi Amerika kubokunun 1/32 finalında “La Ekidad”a qarşı keçirilən matçda “Panenka vuruşu” ilə penaltini yerinə yetirmək istəyib. Ancaq onun zərbəsi uğursuz alınıb. Rəqibinə penaltilər seriyasında məğlub olan “Kampo Qrande” turnirlə vidalaşıb.

Bu məğlubiyyətdən sonra klubun prezidenti Eriberto Qammara Parra ilə yolları ayırdıqlarını açıqlayıb.(qol.az)

AzNews.az