Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran qalıblar - FOTOLAR

24 Aprel 2019 17:50 (UTC+04:00)

Həyat yoldaşı Sandra Yurçeviç və qızları Lana ilə Laura ölkəmizdə olublar.

Paytaxt Bakını gəzən Yurçeviç ailəsi Qəbələ şəhərində də olub.

Onlar Azərbaycan kubokunun yarımfinalında keçirilən “Qəbələ” – “Qarabağ” (1:0) qarşılaşmasını izləyiblər.

Gəzintilərdən fotolar paylaşan xanımlar Bakıya və Qəbələyə heyranlıqlarını gizlətməyiblər.

Yurçeviç ailəsi həmçinin 26-28 apreldə Bakıda baş tutacaq Formula-1 yarışlarnı izləyəcəklər.(qafqazinfo.az)

AzNews.az