Azərbaycan və ABŞ birgə tədbirlər keçirəcəklər

30 Aprel 2013 08:18 (UTC+04:00)


Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu məlumat verib.

"Sülh Naminə Tərəfdaşliq" (SNT) proqramı çərçivəsində, Fərdi Tərəfdaşliq Proqramı əsasında Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən müdafiə idarəçiliyi səhəsində məsələlər üzrə seminar keçiriləcək. Seminar mayın 6-dan 10-dək ABŞ-ın Monterrey şəhərində baş tutacaq.

Bundan əlavə, proqram çərçivəsində Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən "Combined Endeavor-2013" təliminin növbəti planlaşdırma konfransı keçiriləcək. Konfrans mayın 7-8-də İtaliyanın Neapol şəhərində təşkil ediləcək.

AzNews.az