Azərbaycanda oynamış futbolçu ömürlük futboldan uzaqlaşdırıldı

24 Aprel 2019 20:11 (UTC+04:00)

"Bakı" klubunun sabiq futbolçusu İbrahim Karqbo ömürlük futboldan uzaqlaşdırılıb.

37 yaşlı oyunçu matçların nəticələrini manipulyasiya etdiyi üçün bu cəzaya məruz qalıb.

Qeyd edək ki, İbrahim Karqbo 2010-2013-cu illərdə "Bakı" komandasında çıxış edib. Sierra Leoneli oyunçu son olaraq İngiltərənin aşağı liqa komandası olan "Dulviç Hamlet"in formasını geyinib.

AzNews.az