Samuxda boğazına kəndir dolanan yeniyetmə boğularaq öldü

24 Aprel 2019 20:22 (UTC+04:00)

Samux rayonunda boğazına kəndir dolanan 12 yaşlı yeniyetmə boğularaq ölüb.

Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2007-ci il təvəllüdlü Tunar Rauf oğlu Baxşəliyev yelləncəkdə yellənən zaman kəndir boğazına dolanıb. Nəticədə yeniyetmə boğularaq ölüb.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır. (report)

AzNews.az