Salyanda bir nəfər çayda batdı

24 Aprel 2019 21:23 (UTC+04:00)

Salyan rayonunun Seyidsadıqlı kəndində 1 nəfər çayda batıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə kimliyi məlum olmayan 1 Akkuşa çayında batması barədə məlumat daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

AzNews.az