Bakıda piyadanı maşın vurdu

24 Aprel 2019 21:48 (UTC+04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Dərgahov Nurlan Ruslan oğlu idarə etdiyi "Mercedes S klass" markalı avtomobillə Füzuli küçəsində hərəkətdə olarkən piyada Əliyeva Fəxriyyə Hikmət qızını vurub. Piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (trend)

AzNews.az