Sumqayıtda fəhlə işlədiyi yerdə bıçaqlanaraq qətlə yetirildi

24 Aprel 2019 22:16 (UTC+04:00)

Sumqayıtda qətl hadisəsi törədilib.

Hadisə şüşə qab istehsal edən zavodlardan birində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlu zavodda iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. (report)

AzNews.az