Tramp hərbçiləri Meksika ilə sərhədə göndərdi

24 Aprel 2019 23:10 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp bildirib ki, bir qrup hərbçini Meksika ilə sərhədə göndərib.

Ağ Ev rəhbəri bu barədə "Twitter"dəki səhifəsində yazıb.

O, bildirib ki, bu yaxınlarda Meksika əsgərləri ABŞ-ın Milli Qvardiyasının əsgərlərinə tapançalar veriblər. Dövlət başçısı bunu onların diqqəti sərhəddə narkotik qaçaqmalçılığı ilə məşğul olanlardan yayındırmaq üçün edilən taktiki gediş kimi qiymətlənidirib.

"Daha yaxşı olardı ki, bu, bir daha təkrarlanmasın! İndi biz hərbi qulluqçuları sərhədə göndəririk", - deyə Tramp yazıb.

O, həmçinin qeyd edib ki, Meksika tərəfi Birləşmiş Ştatlara gəlməyə çalışan qeyri-leqal miqrantların axınına az mane olur.

Daha əvvəl Amerika lideri ölkənin Meksika ilə sərhədini tamamilə və ya qismən bağlamağa söz verib. ABŞ prezidenti bildirib ki, əgər Konqreslə və Meksika hakimiyyəti ilə razılığa gələ bilməsə Meksika ilə sərhədləri bağlayacaq. (report)

AzNews.az