Mingəçevirdə 12 yaşlı uşağı it dişlədi

24 Aprel 2019 23:36 (UTC+04:00)

Mingəçevirdə küçə iti uşağa hücum edib.

Hadisə axşam saatlarında İncilli yaşayış massivində baş verib.

2007-ci il təvəllüdlü massiv sakini Amil Ramin oğlu Mikayılovu küçədə dolaşan sahibsiz it dişləyərək ağır xəsarətlər yetirib.

Xüsusilə də ayaq nayihəsindən ciddi dişlək yarası alan uşaq xəstəxanaya çatdırılıb.

Ona müvafiq peyvənd vurulub və xəsarətinin bərpası üçün əməliyyat olunub. (ona.az)

AzNews.az