Putin Kim Çen Inla görüşür – FOTO

25 Aprel 2019 09:02 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya Demokratik Respublikasının (ŞKDR) Dövlət Şurasının sədri Kim Çen Inla Vladivostokda görüş keçirir.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, tərəflər iki ölkə arasındakı münasibəti və Koreya yarımadasında vəziyyəti müzakirə edirlər.

Görüşə 300 jurnalist, o cümlədən Çin, Cənubi Koreya və Yaponiyadan KİV nümayəndələri akkreditasiya edilib.

Kim Çen In Vladivostok şəhərinə aprelin 24-də öz şəxsi qatarı ilə gəlib. Onu Primorsk diyarının qubernatoru Oleq Kojemyako, Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov, Rusiyanın ŞKDR-dakı səfiri Aleksandr Maçeqora qarşılayıb.

Babək Göyüş

AzNews.az