Hollivud aktyoru 20 yaşlı rusiyalı rəqqasə ilə evlənir

25 Aprel 2019 09:32 (UTC+04:00)

Hollivud aktyoru Conni Depp Sankt-Peterburq şəhərində doğulan 20 yaşlı rusiyalı rəqqasə Polina Qlenlə evlənməyi planlaşdırır.

Image result for танцовщице из Санкт-Петербурга ПоÐ

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Daily Mail nəşri yayıb.

Mənbə bildirir ki, Depp qızla ötən il tədbirlərin birində tanış olub. Polina artıq iki ildir ki, Los-Ancelos şəhərində yaşayır.

Image result for танцовщице из Санкт-Петербурга ПоÐ

Deyilənə görə, hazırda rəqqasə amerikalı aktyorun villasında məskunlaşıb. Deppin yaxın vaxtlarda evlənəcəyi, toydan sonra isə Rusiyaya gedərək qızın ailəsi ilə tanış olacağı gözlənilir.

Image result for танцовщице из Санкт-Петербурга ПоÐ

Conni Depp amerikalı aktrisa Ember Xerdlə 2015-ci ilin fevralınadək evli olub. 2017-ci ilin yanvarında Los-Ancelos şəhər məhkəməsi onların nikahını pozub.

Image result for танцовщице из Санкт-Петербурга ПоÐ

Babək Göyüş

AzNews.az