Azərbaycan nefti ucuzlaşdı

25 Aprel 2019 09:38 (UTC+04:00)

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,23 ABŞ dolları və yaxud 0,30% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 76,71 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.(report.az)

AzNews.az